525.Az

Elçin Hüseynbəylinin “Don Juan”ı rus dilində


 

Elçin Hüseynbəylinin “Don Juan”ı rus dilində<b style="color:red"></b>

Tanınmış yazıçı Elçin Hüseynbəylinin “On üçünçü həvari – 141-çi Don Juan” romanı rus dilində nəşr olunub. Əsərin rus variantı “Şaqi komandora ili 141-y Don Juan” adlanır. Müəllifə məxsus Qaraçuxa ədəbi təxəllüsü ilə rusdilli oxuculara təqdim olunan kitab əsasən Rusiya bazarı üçün nəzərdə tutulub. Kitabı “Qələm” nəşriyyatı, nəfis dizaynla çap edib. Əsərin tərcüməçisi Siyavuş Məmmədzadədir.

Hazırda “Qələm” nəşriyyatı E. Hüseynbəylinin “Azıx” romanını çapa hazırlayır.

 





14.06.2013    çap et  çap et