525.Az

Daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır


 

Daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır<b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb.

APA-nın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib. 

Qeyd olunub ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb.

 





19.01.2018    çap et  çap et