525.Az

Bakıda iki gün yollar bağlanacaq


 

Bakıda iki gün yollar bağlanacaq<b style="color:red"></b>

İyunun 15-16-da Bakının bəzi mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq işləri ilə əlaqədar Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məlumata görə, sabah saat 06:00-dan 10:00-dək paytaxtın Azadlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

Sürücülərin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 





14.06.2013    çap et  çap et