525.Az

Rektor UNEC-də qiyabi təhsil alan tələbələrlə görüşdü


 

Rektor UNEC-də qiyabi təhsil alan tələbələrlə görüşdü<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qiyabi təhsil alan I kurs tələbələrilə görüşüb.

UNEC-in inkişaf strategiyasından söz açan rektor uğurla tətbiq edilən Elektron Universitet Modelinin üstünlüklərindən danışıb. UNEC-in beynəlxalq əlaqələri, ikili diplom və xüsusi təqaüd proqramları barədə tələbələrə məlumat verən Ə.Muradov Avropada iqtisadçı kadrların hazırlığı üzrə lider olan London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu burada əldə etmək imkanından bəhs edib. O, UNEC-ə qəbulda müşahidə edilən müsbət dinamikaya da diqqət çəkib.

Görüşdə tələbələrə İnnovativ Biznes İnkubatoru, Yaradıcılıq Mərkəzi və Radio UNEC barədə məlumat verilib. Yaxın zamanlarda UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın tələbələrin istifadəsinə veriləcəyi bildirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

S.QARAYEVA

 





22.01.2018    çap et  çap et