525.Az

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi


 

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi<b style="color:red"></b>

Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib. 

APA-nın məlumatına görə, seçkilər bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilib. 

Səməd Seyidovla yanaşı, daha 17 nəfər vitse-prezident olub. 

Onların arasında oktyabrdan bu günə kimi AŞPA-ın prezidenti vəzifəsinin icra etmiş Stella Kriakides də var.  

Qeyd edək ki, S. Seyidov buna qədər də rotasiya qaydasında AŞPA-nın vitse-prezidenti olub.

 





22.01.2018    çap et  çap et