525.Az

“Ustad” dərgisinin növbəti sayı işıq üzü gördü


 

“Ustad” dərgisinin növbəti sayı işıq üzü gördü<b style="color:red"></b>

“Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 16-cı sayı işıq üzü görüb.

Nəşriyyatdan verilən məlumata görə, bu sayda yenə ədəbiyyat və müxtəlif sənət növləri haqqında yazılar yer alıb. 

Dərginin məsul redaktoru Səbuhi Şahmursoy bildirib ki, 16-cı sayın ədəbi yükü həmişəki kimi daha qabarıqdır: 

"Bu dəfə oxucuların qarşısına rusiyalı ədəbi-tənqidçi Yekaterina Dimitrevadan, yazıçı Dino Bussati, Alfred Hiçkok və Viktor Pelevindən, araşdırmaçı Onur Behramoğludan maraqlı tərcümə məqalə və hekayələr, yerli müəlliflər Nuranə Abbasova, Xəyalə Murad, Dilqəm Əhməd, Taleh Eminoğlu, Aybəniz Həsənova, Xanəmir Telmanoğlu və Şəfa Vəlidən ədəbiyyat haqqında yazılar, Müşfiq Xan, Şahanə Müşfiq, Ülviyyə Mustafayeva, Aynur Əhmədli, İntiqam Yaşardan hekayə,  şeir, kino və teatr haqqında yazılar, usta memar Ramiz Hüseynovdan müsahibə və sairlə çıxmışıq.  

Dərginin bu sayı da rəngarənglik və maraq dairəsinin genişliyində əvvəlki saylardan geri qalmır".

 





23.01.2018    çap et  çap et