525.Az

Yanacaqdoldurma məntəqəsi partladı


 

Yanacaqdoldurma məntəqəsi partladı<b style="color:red"></b> Saatlı rayonunda maye qaz doldurma stansiyasında partlayış olub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 12.00 radələrində Saatlı şəhəri, Mirzağa Əliyev küçəsində yerləşən may qaz doldurma stansiyasında baş verib.
 
Partlayış nəticəsində ətraf binalara zərər dəyib. İlkin məlumatlara görə bir nəfər xəsarət alıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qurumları cəlb olunub.
 





15.06.2013    çap et  çap et