525.Az

Tolerantlığın məkanı - Azərbaycan


 

Tolerantlığın məkanı - <b style="color:red">Azərbaycan</b>

Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq bu gün ölkədə məscidlərlə bərabər, kilsələr, sinaqoqlar da fəaliyyət göstərir.

Dövlət və din münasibətlərində artıq dünyada bir Azərbaycan modeli də var. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezidentin təşəbbüsü ilə 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi dövlətin multikulturalizm siyasətinə verilən önəmin nümunəsidir.

Bir neçə gün öncə təqdimatı olan "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabı da bu siyasətin bir hissəsi saymaq olar.

Kitabın ideya müəllifi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tərtib edənlər Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov, BBMM-nin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, AzərTAC-ın baş redaktoru Cavid Bədəlov, BBMM-nin şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda ölkə başçısının 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, multikulturalizmin, o cümlədən, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi "Multikulturalizm İli" başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq. Odur ki, kitabın digər dillərə tərcüməsi, həmçinin, Azərbaycan Dillər Universtetində tədrisi həyata keçiriləcək. Siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab dərs vəsaiti kimi artıq indidən tələbələrin diqqətini çəkib.

Kitabda ölkənin real multikultural mənzərəsi ölkə başçısının çıxışları vasitəsi ilə mükəmməl şəkildə oxucuya çatdırılır.

Müasir dünyanın milli-dini zəmində toqquşmalar, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq qürurverici bir haldır. Ölkə başçısının dediyi kimi: "Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir".

 





23.01.2018    çap et  çap et