525.Az

Rusiya DİN Ülviyyə Şamilqızının ölümü barədə məlumat yaydı


 

Rusiya DİN Ülviyyə Şamilqızının ölümü barədə məlumat yaydı <b style="color:red"></b>

Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının ötən gün Həştərxanda avtomobil qəzasında ölməsi barədə rəsmi məlumat yayıb. 

APA-nın xəbərinə görə, Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində  30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 1986-cı il təvəllüdlü tələbə qızı vurub. 

Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib. 

Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır. 

Qeyd edək ki, hadisədə ölən Ü. Şamilqızı Azərbaycanın müxtəlif media qurumlarında çalışıb.

 





24.01.2018    çap et  çap et