525.Az

Bakıda 17 mərtəbəli binada yanğın, sakinlər köçürüldü


 

Bakıda 17 mərtəbəli binada yanğın, sakinlər köçürüldü<b style="color:red"></b>  Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda "QLOBAL" MTK inşaat şirkətinə məxsus 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.
 
Binanın 13-cü mərtəbəsindən 17-ci mərtəbəsinə qədər 20 ədəd elektrik sayğacı və 75 pm kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 sakin təxliyə olunub.
 
Mənzillər yanğından mühafizə edilib və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





17.06.2013    çap et  çap et