525.Az

Latviya Azərbaycan vətəndaşları üçün yeni təqaüd proqramı elan edir


 

Latviya Azərbaycan vətəndaşları üçün yeni təqaüd proqramı elan edir<b style="color:red"></b>

Latviya hökuməti 2018-2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. 

Təhsil bakalavriat, magistratura, doktorantura səviyyəsi üzrə ingilis və ya latış dilində aparılacaq. 

Nəzərinizə çatdıraq ki, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri 1 aprel 2018-ci ilədək təqdim etməlidirlər.   

Qeyd edək ki, bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır. Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

 





25.01.2018    çap et  çap et