525.Az

Sabahdan havanın temperaturu düşəcək


 

Sabahdan havanın temperaturu düşəcək<b style="color:red"></b>

Bəzi bölgələrdə şimşək çaxacağı, yağış yağacağı, güclü qərb küləyinin əsəcəyi gözlənilir

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu 5 dərəcə düşəcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
 
O qeyd edib ki, iyunun 18-i və 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti küləkli, dəyişkən buludlu və yağmursuz keçəcək. Şimal-qərb küləyinin respublika ərazisinə daxil olması ilə əlaqədar havanın temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
 
A. Verdiyev qeyd edib ki, iyunun 18-i və 19-da bölgələrdə hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, güclü qərb küləyinin əsəcəyi gözlənilir.
 
Havanın temperaturunun Aran rayonlarında iyunun 18-də gündüz 32-37, dağlarda 19-24, iyunun 19-da isə Aran rayonlarında 30-35, dağlarda 18-23 dərəcə isti olacağı gözlənilir.

 





17.06.2013    çap et  çap et