525.Az

Qəbiristanlıqda qətl törədən şəxslər tutulub


 

Qəbiristanlıqda qətl törədən şəxslər tutulub<b style="color:red"></b>

Bakıda qəbiristanlıqda qətl törədən şəxslər həbs edilib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də Abbas Abbasovu öldürüb, Şahid Kərimova isə xəsarət yetirib, hadisə yerindən qaçan Elzay Zeynalzadə, habelə hadisənin digər iştirakçısı, Bakı şəhər sakini Samir Zabitov tutularaq istintaqa təhvil veriliblər.
 
Qeyd edək ki, hadisə iyunun 14-də Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 6 ünvanında, keçmiş “Komsomol” dairəsinin yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.
 
1997-ci il təvəllüdlü Elzay Vaqif oğlu Zeynalov tanışı, 1995-ci il təvəllüdlü Nahid Qədir oğlu Kərimovu bıçaqlayıb, daha sonra isə həmyerlisi Abbas Abbasovu qətlə yetirib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 





17.06.2013    çap et  çap et