525.Az

Dənizdə itkin düşən azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır - Yenilənib


 

Dənizdə itkin düşən azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır - <b style="color:red">Yenilənib </b>

Yapon dənizində itkin düşən Rusiyanın "Vostok" balıqçı gəmisindəki azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır.

Bu barədə APA-nın Rusiya bürosuna Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov bildirib. Onun sözlərinə görə, Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır.
 
İcma nümayəndəsi hazırda Saxalin vilayətində hava şəraitinin çox pis olduğunu söyləyib. 

*** 10:40

Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisindəki azərbaycanlıların adı məlum olub.
 
APA-nın "PrimaMedia.ru”-ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş 21 nəfərdən ikisinin Azərbaycan vətəndaşı olduğu ehtimal edilir. Bu barədə Saxalin vilayətinin rəsmi qurumlarından məlumat verilib.
 
Onlar Ruslan Əlizadə (1991) və Mübariz Hüseynovdur (1972).

*** 09:55 

Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisinin axtarışına iki sahil mühafizəsi gəmisi və iki vertolyot cəlb edilib. 
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da var.
 
Hazırda axtarışlar davam etdirilir. 
 
*** 05:32

Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb. 

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi xəbər verib. 

İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub. 

Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib.

 





25.01.2018    çap et  çap et