525.Az

“İmtahanların yeni modeli yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq”


 

“İmtahanların yeni modeli yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq”<b style="color:red"></b>

"Bu tədris ili üçün buraxılış imtahanları ilə əlaqədar qaydalar təsdiqlənib və bu il biz onları tətbiq edəcəyik". 

Bunu APA-nın Mil-Muğan bürosunun sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib. 

“Buraxılış və qəbul imtahanlarının yeni modelini artıq ictimaiyyətə təqdim etmişik. Növbəti tədris ilinin qaydaları bu yaxınlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Bu istiqamətdə gənclərə, şagirdlərə hazırlaşmaq üçün nə lazımdırsa, bütün məlumatları açıqlamışıq. Ölkə üzrə müəllimlərə regional seminar və görüşlərin keçirilməsində məqsədimiz onları bu sahədə daha çox maarifləndirməkdir. Müəllimləri ona görə maarifləndiririk ki, ilk növbədə onlar hazırlıqlı olmalıdır və biliklərini şagirdlərə çatdırmalıdırlar", - deyə o vurğulayıb.

 





25.01.2018    çap et  çap et