525.Az

DİN rəhbərliyi Bayıldakı sürüşmə ərazisində


 

DİN rəhbərliyi Bayıldakı sürüşmə ərazisində <b style="color:red"></b>

Daxili işlər nazirinin müavini Oruc Zalov və nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Bayıldakı sürüşmə ərazisinə baş çəkiblər.

APA-nın xəbərinə görə, onlar yerli sakinlərlə görüşüb, sürüşmə nəticəsində qəzalı vəziyyətdə olan mənzillərə baxış keçiriblər.

DİN rəhbərliyi vətəndaşların mənzillərinin mühafizəsi üçün ərazidə olan Çevik Polis Alayının əməkdaşlarına lazımi tapşırıqlar veriblər. 

Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb. 

Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Ərazidən 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkündür.

 





26.01.2018    çap et  çap et