525.Az

Milli Kitabxanada "Firidun bəy Köçərli-155" sərgisi


 

Milli Kitabxanada "Firidun bəy Köçərli-155" sərgisi <b style="color:red"></b>

Yanvarın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan AZRTAC-a bildirilib ki, "Firidun bəy Köçərli-155" adlı sərgidə ədibin əsərləri, "Ön söz" yazdığı, görkəmli ədəbiyyatşünasın həyat və yaradıcılığı haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri yer alıb.

Sərgiyə baxış sərbəstdir.

 





26.01.2018    çap et  çap et