525.Az

Cavidlə bağlı müsabiqənin qalibləri mükafatlandırılacaq


 

Cavidlə bağlı müsabiqənin qalibləri mükafatlandırılacaq<b style="color:red"></b>

“Hüseyn Cavid – 135” şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

525.az-ın məlumatına görə, görkəmli Azərbaycan şairi Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə keçirdiyi “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçiriləcək.

Müsabiqənin qalibləri ekspert və münsiflər heyəti tərəfindən seçilib. İşıq üzü görən antologiyada isə müsabiqəyə təqdim olunan seçmə poetik nümunələr yer alıb.

Tədbir 2 fevral, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat prospekti, 529-cu məhəllə, bina 29) baş tutacaq.

 





26.01.2018    çap et  çap et