525.Az

Şamil Əliyev beynəlxalq kinofestivalın münsiflər heyətində


 

Şamil Əliyev beynəlxalq kinofestivalın münsiflər heyətində<b style="color:red"></b>

Azərbaycanlı rejissor Şamil Əliyev beynəlxalq kinofestivala münsiflər heyətinin üzvü kimi dəvət alıb.

AZƏRTAC xəbər verir ki, rejissor Noida Beynəlxalq Kinofestivalının 5-ci mövsümündə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

Festivalda qaliblərin mükafatlandırma mərasimi fevralın 12-də Hindistanın Delhi şəhərində keçiriləcək.

Qeyd edək ki, Şamil Əliyev “Çölçü” filmi ilə 2015-ci ildə 2-ci Noida Beynəlxalq Kinofestivalında iştirak edərək “Ən yaxşı rejissor” adına layiq görülüb.

 





27.01.2018    çap et  çap et