|
|
|
|
ABŞ prezidenti Donald Tramp fevral ayında ölkənin 2019-cu il hərbi büdcəsinin artırılması ilə bağlı Konqresə layihə təqdim edəcək.
Bu haqda məlumatı “The Washington Post” verib.
Məlumatda qeyd olunur ki, büdcə layihəsində müdafiə xərclərinin 13% təxminən 716 milyard dollara qədər artırılması nəzərdə tutulur. Müdafiə büdcəsinə ayrılacaq vəsait həmçinin, hərbi əməliyyatlara, ABŞ-ın nüvə arsenalının maddi-texniki təchizatına sərf ediləcək.
Ölkə başçısı Birləşmiş Ştatların hərbi büdcəsini 2019-cu il üçün 7% artıracağını da planlaşdırır.
ZEYNƏB