525.Az

Tramp ABŞ-ın hərbi büdcəsini artıracaq


 

Tramp ABŞ-ın hərbi büdcəsini artıracaq<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp fevral ayında ölkənin 2019-cu il hərbi büdcəsinin artırılması ilə bağlı Konqresə layihə təqdim edəcək.

Bu haqda məlumatı “The Washington Post” verib.

Məlumatda qeyd olunur ki, büdcə layihəsində müdafiə xərclərinin 13% təxminən 716 milyard dollara qədər artırılması nəzərdə tutulur. Müdafiə büdcəsinə ayrılacaq vəsait həmçinin, hərbi əməliyyatlara, ABŞ-ın nüvə arsenalının maddi-texniki təchizatına sərf ediləcək.

Ölkə başçısı Birləşmiş Ştatların hərbi büdcəsini 2019-cu il üçün 7% artıracağını da planlaşdırır.

ZEYNƏB

 





29.01.2018    çap et  çap et