525.Az

Güclü şaxtalar Tehranda infrastrukturu iflic edib


 

Güclü şaxtalar Tehranda infrastrukturu iflic edib <b style="color:red"></b>

İranda müşahidə edilən əlverişsiz hava şəraiti Tehranın hava limanında uçuşların dayanmasına səbəb olub, ölkədə qatarların hərəkətində problemlər yaradıb.

APA-ın Tehran bürosunun məlumatına görə, yanvarın 28-29-da məktəblərdə tətil elan edilib. Şənbə günü axşamdan başlayan qar yağışı, çovğunlu və şaxtalı hava şəraiti ötən gün günün ikinci yarısınadək davam edib. 

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı yaxınlığında  qarın hündürlüyü 70 sm çatır. Qarın ağırlığından ağacların budağı sınıb, elektrik enerjisi xətləri sıradan çıxıb. İmam Xomeyni və Mehrabad Hava limanlarında uçuşlar dayandırılıb. Hazırda aeroportların fəaliyyətinin bərpası üçün tədbirlər görülür. Digər şəhərlərdən Tehrana gələn qatarlar şəhər kənarında dayanıb.  

Güclü şaxta nəticəsində Tehran metrosunun beşinci xəttində enerji ötürən xətlər donub və həmin istiqamətdə metronun fəaliyyəti dayandırılıb. 

Tehran şəhərinin əsas girişində yollar buz bağlayıb və hərəkət məhdudlaşıb. Hazırda yolların açılması istiqamətində işlər görülür.   

Polis vətəndaşları zəruri olmadığı halda küçəyə çıxmamağa çağırıb. Paytaxtda havanın temperaturu  - 6 dərəcə şaxtadır.  

İranın  əksər bölgələrində  şaxtalı hava şəraiti davam edir və 7 əyalətdə magistral yollarda avtomobillərin təkərlərinə zəncir taxmadan hərəkət etmək mümkün deyil.

 





29.01.2018    çap et  çap et