|
|
|
|
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı, general Cozef Votel ABŞ-ın Suriyanın Menbiç bölgəsindən geri çəkilməyəyini açıqlayıb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, general Votel CNN-ə açıqlamasında belə bir addımın nəzərdə tutulmadığını deyib.
Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ı öz hərbçilərini Menbiçdən geri çəkməyə çağırıb. Türkiyə Afrinin ardınca Menbiçdə əməliyyat keçirmək niyyətindədir.