525.Az

Səfir: "ABŞ sanksiyalarla Moskvanı qorxuda bilməz"


 

Səfir: "ABŞ sanksiyalarla Moskvanı qorxuda bilməz"<b style="color:red"></b>

“ABŞ-ın tətbiq etməyə çalışdığı sanksiyalar mənasızdır. Moskvanı bu yolla qorxutmaq mümkün deyil”. 

APA-nın xəbərinə görə, bu sözləri Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoliy Antonov “Rusiya-24” kanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, bu sanksiyaların heç bir sonu yoxdur. 

“İndi dediyim şeylər şüar deyil, bu, həqiqətən də belədir. Maraqlıdır ki, Rusiyaya qarşı bu sanksiyaları tətbiq edən siyasətçilər, insanlar, bizim quyruğumuzu gizlədərək öz mövqelərimizi müdafiə etməyəcəyimizi düşünürlər?”, -deyə səfir əlavə edib. 

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar məxfi brifinq keçirilib. Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun müzakirə olunub.

2017-cı ilin iyulunda ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ prezidenti avqustun 1-də qanun layihəsini təsdiqləyib.

 





30.01.2018    çap et  çap et