525.Az

İstanbulda Azərbaycan Cümhuriyyətinin 100 illiyilə bağlı konsert


 

İstanbulda Azərbaycan Cümhuriyyətinin 100 illiyilə bağlı konsert <b style="color:red"></b>

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblının geniş konsert proqramı təşkil olunub.

"Mənim Azərbaycanım" adlı konsert proqramında milli rəqslərimiz, eləcə də "Koroğlu" dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim edilib.

Konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İstanbuldakı baş konsulluğu, "Xəzər" Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməçə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə torpaqlarımızın bütövlüyü, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.

Konsertin aparıcısı Azərbaycan Respublikasının dövlətçilik tarixi, keçdiyi ağır, üzüntülü lakin şərəfli və şanlı həyat yolu, müasir dövrdə dövlətimizin əldə etdiyi böyük nailiyyətlər barədə geniş məlumat verib.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Nurəddin Aras və Küçükçəkməçə rayon bələdiyyəsinin sədr müavini Rəcəb Şencanın çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, keçmiş sovetlər birliyi dövründə ölkəmizdə mövcud olan ictimai-siyasi proseslər və Türkiyə ilə münasibətlərdə yaranan məhdudiyyətləri ortaya çıxaran amillər, nəhayət XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası ilə yenidən gerçəkliyini qoruyan Azərbaycan-Türkiyə qardaşlığının hazırkı vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub.

XƏDİCƏ

 





30.01.2018    çap et  çap et