525.Az

Multikulturalizm dəyərləri "Azərkitab"da müzakirə olundu


 

Multikulturalizm dəyərləri "Azərkitab"da müzakirə olundu<b style="color:red"></b>

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində Gürcüstan-Azərbaycan ədəbi, ictimai-mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən, multikulturalizm dəyərlərinə həsr olunan dəyirmi masa keçirilib.

Tədbirdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.

Mərkəzin layihə rəhbəri Mirisrafil Sabir Həsənov bildirib ki, cəmiyyətdə kitaba marağın yüksəldilməsi üçün mərkəzdə ciddi layihələr həyata keçirilir: "Belə bir tədbirin "Azərkitab"da reallaşması təsadüfi deyil. Kitab mədəniyyəti ocağına çevrilən mərkəzdə tanınan yazıçılarla, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir".

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev iki ölkənin ədəbi, mədəni və dostluq münasibətlərindən danışaraq qeyd edib ki, bu əlaqələrin tarixi kökləri var və heç bir qüvvə bu əlaqələrin inkişafına mane ola bilməz.

Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun "Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi" kitabının gürcü dilinə tərcüməsi iki xalq arasında kitab mədəniyyətinin bariz nümunəsi kimi dəyərləndirilib.

Tədbirdə çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti Semvoy Kupadze bildirib ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən, mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacib ölkədir. Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır.

XƏDİCƏ

 





31.01.2018    çap et  çap et