525.Az

Xalq artisti Elxan Əhədzadənin 70 illiyi qeyd edildi


 

Xalq artisti Elxan Əhədzadənin 70 illiyi qeyd edildi<b style="color:red"></b>

Yanvarın 29-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə, Xalq artisti, vokal sənətinin görkəmli nümayəndələrindən olan mərhum Elxan Əhədzadənin 70 illiyinə həsr edilmiş bədii gecə keçirilib.

Əvvəlcə sənətkarın həyat və yaradıcılığından, maraqlı ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək görkəmli aktyorun həyat və yaradıcılığı haqqında məlumat veriblər. Bildirilib ki, özünəməxsus ifa tərzi olan sənətkarın canlandırdığı obrazlar hər zaman tamaşaçılar tərəfindən sevilib, böyük maraq və rəğbətlə qarşılanıb. Elxan Əhədzadə 30 ildən çox müddət ərzində Musiqili Teatrda fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaradıb, əksər dövlət tədbirlərində öz ifası ilə yaddaşlarda iz qoyub.

Qeyd edilib ki, Elxan Əhədzadə "Çətirimiz buludlardır", "Üzü küləyə", "Bəylik dərsi", "Babək", "Ordan-burdan" və "Həyat bizi sınayır" adlı ekran əsərlərində maraqlı rol ifaçısı kimi yadda qalıb.

Tədbir konsert proqramı ilə davam edib.

XƏDİCƏ

 





31.01.2018    çap et  çap et