525.Az

Muğam sənətinin qorunması ilə bağlı qanun layihəsində nələr ehtiva olunur?


 

Muğam sənətinin qorunması ilə bağlı qanun layihəsində nələr ehtiva olunur?<b style="color:red"></b>

Azərbaycan muğam sənətinin başlıca göstəriciləri qanunvericiliyə daxil edilib.
 
Bu, yeni hazırlanan "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, adıçəkilən qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, özündə ifaçılıq, bəstəkarlıq və poeziyanı birləşdirən Azərbaycan muğam sənəti Azəbaycan xalqının milli-mədəni və mənəvi sərvətidir. Layihəyə əsasən, Azərbaycan muğam sənəti ümummilli səciyyə daşımaqla Azərbaycan xaqlının yaradıcı istedadının, özünəməxsus xüsusiyyətləri və milli bənzərsizliyi ilə dünyada seçilən yüksək bədii, estetik və elmi təfəkkürünün ifadəsidir. Qanun layihəsində qeyd olunub ki, Azərbaycan muğamının başlıca göstəriciləri aşağıdakılardır:

Muğam sənəti məktəbləri - Bakı-Abşeron, Şuşa-Qarabağ, Şamaxı-Şirvan, Gəncə, Şəki, Naxçıvan, Lənkəran, Göyçə, Borçalı, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Mərənd, Marağa, Xoy, Səlmas, Dərbənd.

Muğamların növləri - muğam dəstgahları (Rast dəstgahı və Rast ailəsinə daxil olan Mahnur hindi, Orta Mahnur, Bayatı Qacar, Qatar, Dügah, Şur dəstgahı və Şur dəstgahı ailəsinə daxil olan Rahab, Şahnaz, Bayatı-Kürd, Dəşti, Segah və Segah ailəsinə daxil olan Zabul segah, Mirzə Hüseyn segahı, Xaric segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun, kiçik həcmli muğamlar.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi akademik, parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov tərəfindən hazırlanıb. Həmin sənədin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyasında komitə iclasında və plenar iclasda müzakirələrə çıxarılması gözlənilir.

K. HƏMZƏOĞLU

 





31.01.2018    çap et  çap et