525.Az

NATO baş katibi: "Rusiya dünyada sülhə əsas təhdidlərdən biridir"


 

NATO baş katibi: "Rusiya dünyada sülhə əsas təhdidlərdən biridir"<b style="color:red"></b>

"Yaxın Şərqdə qeyri-stabillik, Rusiyanın siyasəti və Koreya Xalq Demokratik Respublikasının nüvə sahəsində güclənməsi müasir dünyada təhlükəsizliyə əsas təhdidlərdir". 

APA-nın məlumatına görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Serbiyanın “Politika” qəzetinə müsahibəsində deyib.

O, eyni zamanda terrorizmin əlavə təhdid olaraq qaldığını qeyd edib:

“Biz bütün bəşəriyyətin təhlükəsizliyi üçün ən çətin və misilsiz hadisələrlə rastlaşırıq. Yaxın Şərq və Şimali Afrikada qeyri-stabillik, beynəlxalq sərhədləri pozan Rusiya, Şimali Koreyanın nüvə sahəsində möhkəmlənməsi və qitələrarası ballistik raketlərin inkişafı qlobal təhlükəsizlik və stabilli üçün əsas təhdidlərdir. Terrorizm və kiberhücumlar da sərhəd tanımır və əlavə olaraq təhlüksizliyimizə təhdid təşkil edir”.

 





01.02.2018    çap et  çap et