525.Az

ABŞ Konqresmeni "Kreml hesabatı"nı əhəmiyyətsiz adlandırdı


 

ABŞ Konqresmeni "Kreml hesabatı"nı əhəmiyyətsiz adlandırdı<b style="color:red"></b>

“Kreml hesabatı” əhəmiyyətsizdir”. 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Konqresinin üzvü Berd Şerman deyib.

B. Şerman bildirib ki, hesabat gələcəkdə ola biləcək sanksiyalara işarədir: “Nə vaxtsa siyahıda adı olan şəxslərə qarşı sanksiyalar tətbiq edilə bilər. Siyahı bunu ifadə edir. Sanksiya məsələsində çox ciddi olsaydıq, o halda  bizə lazım olanda bu siyahını hazırlaya bilərdik”. 

Onun sözlərinə görə, siyahını hazırlamaq çətin deyil.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin hazırladığı "Kreml hesabatı" adlı sənədə 210 nəfərin adı daxil edilib.

Siyahıya Rusiyanın baş naziri Dmitri Medvedev başda olmaqla, Nazirlər Kabinetinin bütün üzlərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrov, Prezident Administrasiyasından bu orqanın rəhbəri Anton Vayno, onun birinci müavini Aleksey Qromov, prezident Putinin köməkçisi Vladislav Surkov və prezidentin mətbuat katibi Dmitri Peskovun da adı daxil edilib.

Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı və xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, mal varlıqlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər. Eyni zamanda, "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir.

 





01.02.2018    çap et  çap et