525.Az

Qara dənizdə göyərtəsində azərbaycanlıların da olduğu gəmi qəzaya uğradı


 

Qara dənizdə göyərtəsində azərbaycanlıların da olduğu gəmi qəzaya uğradı<b style="color:red"></b>

Qara dənizdə, Krım yaxınlığında Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb. 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində gəminin korpusu zədə alıb. Gəmidə olan 12 heyət üzvü evakuasiya edilib. 

Regionun təcili yardım xidmətindən agentliyə verilən xəbərə görə, gəminin ekipajl Ukrayna və Azərbaycan vətəndaşlarından ibarətdir. 

Hadisənin detalları araşdırılır.

 





01.02.2018    çap et  çap et