525.Az

Rusiyada prezident seçkilərində terror planlaşdıran İŞİD üzvü öldürüldü


 

Rusiyada prezident seçkilərində terror planlaşdıran İŞİD üzvü öldürüldü<b style="color:red"></b>

Rusiyanın Nijni Novqorod şəhərində terror törətməyə hazırlaşan İŞİD üzvü zərərsizləşdirilib. 

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhülkəsizlik Xidmətindən məlumat verilib.

Bildirilir ki, zərərsizləşdirilən şəxs Rusiyada prezident seçkiləri zamanı terror törətməyi planlaşdırırmış. 

Saxlanılan zaman silahlı müqavimət göstərən terrorçu məhv edilib. 

Onun üzərində bir neçə partlayıcı qurğu, odlu silah və döyüş sursatları aşkarlanıb. 

Faktla bağlı cinayət işi açılıb.

 





01.02.2018    çap et  çap et