525.Az

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat


 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat <b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsinə təyinat olub. 

APA-nın xəbərinə görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə bu vəzifəyə Azər Süleymanov təyin edilib. 

DBNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib. 

Qeyd edək ki, A. Süleymanov 2015-ci ilin sentyabrından DBNX-nın rəisi vəzifəsini icra edirdi.

 





01.02.2018    çap et  çap et