525.Az

“S-400”lərin alınması üçün Türkiyəyə kredit ayrıldığı təsdiqləndi


 

“S-400”lərin alınması üçün Türkiyəyə kredit ayrıldığı təsdiqləndi<b style="color:red"></b>

Rusiya və Türkiyə arasında “S-400” zenit-raket sistemlərinin alınması üçün Türkiyə tərəfinə kreditin ayrılmasına dair saziş imzalanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov bildirib. 

Qeyd edək ki, bu Rusiya və Türkiyə arasında  kredit müqaviləsinin imzalanmasının ilk rəsmi təsdiqidir.   

Xatırladaq, Türkiyə bir müddət əvvəl Rusiyadan ümumi dəyəri 2,5 mlrd. dollar olan  4 divizion S-400” zenit-raket sistemləri alıb. 

 





01.02.2018    çap et  çap et