525.Az

Türkmənistan prezidenti Azərbaycanı mühüm tərəfdaş adlandırdı


 

Türkmənistan prezidenti Azərbaycanı mühüm tərəfdaş adlandırdı<b style="color:red"></b>

“Azərbaycan Türkmənistanın mühüm tərəfdaşıdır”.

APA-nın “Turkmenportal”a istinadən verdiyi xəbərə görə, bunu Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov deyib. 

Q.Berdımuhammedov vurğulayıb ki, iki ölkə arasında yüksək səviyyədə əldə edilmiş ikitərəfli razılaşmaların uğurla həyata keçirilməsi üçün müvafiq qurumların əlaqəli fəaliyyət göstərməsi zəruridir.

Türkmənistan dövlət başçısı bildirib ki, Xəzər dənizi dostluq və beynəlxalq əməkdaşlıq dənizi olmalı, ərazisində sülh və beynəlxalq əməkdaşlığa yönəlmiş geniş miqyaslı işlər aparılmalıdır.

 





02.02.2018    çap et  çap et