525.Az

Rusiya MSK Putinin mətbuat katibinə irad bildirdi


 

Rusiya MSK Putinin mətbuat katibinə irad bildirdi<b style="color:red"></b>

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir. 

"Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat əlamətləri var idi”, - deyə o vurğulayıb.

 





02.02.2018    çap et  çap et