525.Az

Şanxayda mikroavtobus piyadaların üstünə sürüldü: 18 yaralı


 

Şanxayda mikroavtobus piyadaların üstünə sürüldü: 18 yaralı <b style="color:red"></b>

Çinin Şanxay şəhərində mikroavtobus səkiyə çıxaraq piyadalara xəsarət yetirib. 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Şanxayın turizm rayonu kimi tanınan Xuanpuda baş verib. 

İdarəetmədən çıxaraq yaxınlıqdakı kafenin maneələrinə çırpılan avtobus yanmağa başlayıb. Yanğınsöndürənlər yanğını söndürə biliblər. 

Hadisə nəticəsində 18 piyada xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. 

Polis əməkdaşlarının verdiyi məlumata görə, hadisə qəsdən törədilməyib. 

40 yaşlı sürücü sükan arxasında siqaret çəkən vaxt avtobusun salonuna od düşüb, nəticədə sürücü idarəetməni itirib.

 





02.02.2018    çap et  çap et