525.Az

Rusiyadan ABŞ çağırışı


 

Rusiyadan ABŞ çağırışı <b style="color:red"></b>

Rusiya öz vətəndaşlarını xaricə səyahət etmədən əvvəl iki dəfə düşünməyə çağırıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. 
 
Bəyanatda bildirilir ki, Rusiya vətəndaşları xaricdə Vaşinqtonun tələbi ilə həbs olunub ABŞ-a təhvil verilmə təhlükəsi ilə qarşılaşa bilər:
 
“ABŞ və Rusiya səlahiyyətliləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çağırışlarımıza baxmayaraq, ABŞ xüsusi xidmətləri bütün dünyada rusları “ovlamaq” siyasətini davam etdirir”. 

Bəyanatda ötən ildən bəri ABŞ-ın tələbi ilə xarici ölkələrdə 10-dan çox rusiyalının saxlanıldığı deyilib.

 





02.02.2018    çap et  çap et