525.Az

Azad Rəhimov: "Bizə yeni, səriştəli işçilər lazımdır"


 

Azad Rəhimov: "Bizə yeni, səriştəli işçilər lazımdır"<b style="color:red"></b>

"İqtisadiyyatımız inkişaf edir və belə olan halda, bizə yeni, səriştəli işçilər lazımdır".
 
APA-nın xəbərinə görə, bunu gənclər  və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası İllik Gənclər Forumunda çıxışında deyib. 

Azərbaycanın idman ölkəsi  kimi tanındığını söyləyən nazir bildirib ki, gənclərə imkan yaradılması üçün çox işlər görülür: "Bakı Şəhər Halqası çərçivəsində gənclərə təcrübə qazanmaq üçün hər cür şərait yaradılıb. Bu gün gənclər bilir ki,  təhsil  və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər".
 
A. Rəhimov qeyd edib ki, Azərbaycanda 2019-cu ildə Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı keçiriləcək: "2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi etməyi planlaşdırırıq".
 
Forumda çıxış  edən ABŞ səfiri Robert Sekuta deyib ki,  Bakı Şəhər Halqası prosesi ərzində könüllülərin əldə etdiyi səriştələr  onların inkişafı yolunda yeni imkanlar açacaq. Səfir Azərbaycanın gündən-günə inkişaf etdiyini vurğulayıb: "Mənim vəzifəm ABŞ təmsilçisi olaraq buradakı zəif sahələrin müəyyən edilərək Azərbaycanın daha da inkişafına kömək etməkdir".

 





02.02.2018    çap et  çap et