525.Az

İsrail ordusu ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət aldı


 

İsrail ordusu ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət aldı<b style="color:red"></b>

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib. 

“Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə Cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib. 

Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki,  Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb. 

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.

 





03.02.2018    çap et  çap et