525.Az

ATƏT PA sədri BMT-də dondurulmuş münaqişələri müzakirə etdi


 

ATƏT PA sədri BMT-də dondurulmuş münaqişələri müzakirə etdi<b style="color:red"></b>

ATƏT Parlament Assambleyasının Gürcüstandan olan sədri Georgi Tsereteli BMT-də bir sıra görüş keçirib. 

APA-nın xəbərinə görə, bu barədə ATƏT Parlament Assambleyasının saytında bildirilir. 

BMT Baş Assambleyasının sədri Miroslav Layçak, BMT sədrinin Terrora qarşı mübarizə üzrə müavini Vladimir Voronkov, BMT sədrinin siyasi münasibətlər üzrə köməkçisi Miroslav Yença ilə keçirilən görüşlərdə Ukraynadakı böhran, Cənubi Qafqazda həll olunmamış münaqişələr, Mərkəzi Asiya və Cənub Şərqi Avropada baş verənlər, ümumbəşəri problemlər, miqrasiya və terror əsas diqqət mərkəzində olub. 

Georgi Tsereteli beynəlxalq səviyyədə, xüsusilə dondurulmuş münaqişələrlə əlaqədar sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

 





03.02.2018    çap et  çap et