525.Az

Milli Kitabxanada Gənclər günü qeyd edildi


 

Milli Kitabxanada Gənclər günü qeyd edildi<b style="color:red"></b>

M. F Axundov adına Azərbaycan Milli Kitabxanasında “2 fevral - Gənclər günüdür” adlı kitab sərgisinin açılışı olub.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycanda Gənclər gününün tarixindən, bu günün gənclərin həyat və fəaliyyətindəki rolundan danışıb. K.Tahirov Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin iştirakından, hər bir sahədə gənclərə dövlət tərəfindən göstərilən yüksək qayğıdan, gənclərin cəmiyyətin ictimai-siyasi həyatındakı mövqeyindən bəhs edib. Ölkə rəhbəri İlham Əliyevin  Ulu Öndərin gənclər siyasətini  uğurla davam etdirdiyini vurğulayan K.Tahirov gələcəyin qurucuları olan yeni nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması üçün görülən mühüm işləri diqqətə çatdırıb.

Tədbirdə çıxış edən gənclər müstəqil Azərbaycan dövlətində onlara göstərilən qayğıdan söz açıb, hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini söyləyiblər.

Sonda tədbir iştirakçıları “2 fevral - Gənclər günüdür” adlı geniş kitab sərgisi ilə tanış olublar. 

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada isə “Gəncliyimiz sabahımızdır” adlı tədbir keçirilib. Tədbirdə 8 saylı məktəbin 8a sinif şagirdləri iştirak ediblər. Direktor müavini Ədibə  İsmayılova Gənclər günü münasibətilə gənc nəslə xoş arzularını bildirib.  Gənclər tədbir çərçivəsində kitab və dövri mətbuat sərgisilə tanış olublar.

ŞAHANƏ

 





03.02.2018    çap et  çap et