525.Az

Afrində Türkiyə tankı vuruldu, 5 hərbçi həlak oldu


 

Afrində Türkiyə tankı vuruldu, 5 hərbçi həlak oldu<b style="color:red"></b>

Suriyanın Afrin bölgəsində Türkiyə ordusuna məxsus tankın vurulması nəticəsində 5 hərbçi həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir. 

Baş Qərargah bundan əvvəl Afrindəki əməliyyat zamanı  ümumilikdə 5 hərbçinin həlak olduğunu bildirmişdi.  

Qeydə edək ki,  Suriyanın Afrin bölgəsində  PKK, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatı yanvarın 20-dən davam edir.

 





04.02.2018    çap et  çap et