525.Az

“Həyat Təhrir əş-Şam” rus təyyarəsinin vurulması məsuliyyətini üzərinə götürdü


 

“Həyat Təhrir əş-Şam” rus təyyarəsinin vurulması məsuliyyətini üzərinə götürdü<b style="color:red"></b>

“Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə”-red.) terror qruplaşması Suriyanın İdlib bölgəsində Rusiyaya məxsus “Su-25” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə APA  “Reuters”yə istinadən xəbər verir. 

Qeyd edək ki, fevralın 3-də günorta saatlarında Suriyanın İdlib əyalətində Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub.  

Təyyarənin səyyar zenit-raket kompleksindən vurulduğu bildirilir.

 





04.02.2018    çap et  çap et