525.Az

İran XİN: "ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər"


 

İran XİN: "ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər"<b style="color:red"></b>

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

“ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması müqaviləsinə zidd olaraq, nüvə silahından ciddi asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti tam məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək  dünyanın sonuna daha çox yaxınlaşmışıq”, - deyə  Məhəmməd Cavad Zərif qeyd edib.

“ABŞ prezidenti Donald Trampın İrana dair Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin ağılsızlıqdan irəli gəlir”, - deyə M.Cavad Zərif qeyd edib.    

Qeyd edək ki, fevralın 2-də dərc edilən yeni nüvə doktrinada ABŞ Rusiya, Çin və KXDR-i  Asiya-Sakit Okean regionunda təhlükə adlandırıb.

 





04.02.2018    çap et  çap et