525.Az

Cənubi Koreya prezidenti KXDR-in formal rəhbəri ilə görüşəcək


 

Cənubi Koreya prezidenti KXDR-in formal rəhbəri ilə görüşəcək<b style="color:red"></b>

Cənubi Koreya prezidenti Mun Çje In Pxençxanda, Qış Olimpiya Oyunlarının açılış mərasimində KXDR-in formal rəhbəri, ölkənin Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Namla görüşəcək.

APA-nın məlumatına görə, bu barədə “Rönhap” agentliyi Cənubi Koreya liderinin administrasiyasına istinadən xəbər verib. 

“Təkbətək görüşün keçirilməsinin mümkünlüyü müzakirə olunur”, məlumatda deyilir. 

Qeyd edək ki, Kim Yon Nam Qış Olimpiya Oyunlarında Şimali Koreya nümayəndə heyətinə başçılıq edəcək. Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

 





05.02.2018    çap et  çap et