525.Az

Məhkəmə dekan müavininin şikayətini təmin etmədi


 

Məhkəmə dekan müavininin şikayətini təmin etmədi<b style="color:red"></b>

Bakı Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində olan məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın xəbərinə görə, məhəkəmə şikayəti təmin etməyib. 

Qeyd edək ki, Z. Mirağayev mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib. Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Z. Mirağayevə ittiham olunduğu 148-ci (təhqir) maddə üzrə bəraət verilib, 147.2-ci (böhtan) maddə üzrə isə aylıq gəlirinin 15 faizi tutulmaqla, 1 il islah işlərinə cəlb olunmaq cəzası verilib.

Həmin qərarla razı olmayan N. İsmayəlzadə apellyasiya şikayəti verərək onun cəzasının ağırlaşdırılmasını istəyib. 

 





05.02.2018    çap et  çap et