525.Az

Kiyev məhkəməsi Saakaşviliyə qaçqın statusu vermədi


 

Kiyev məhkəməsi Saakaşviliyə qaçqın statusu vermədi<b style="color:red"></b>

Kiyev məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin qaçqın ya da müdafiəyə ehtiyacı biri kimi status almaqla bağlı apellyasiya şikayətini rədd edib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Ruslan Çernoluçkov məlumat verib. 

Vəkilin sözlərinə görə, məhkəmənin Saakaşviliyə qaçqın statusunun verilməməsi ilə bağlı qərarı qüvvədə saxlaması onun ölkədən dərhal deportasiya edilməsi üçün risk yaradır. 

Qeyd edək ki, Saakaşvili bu qərardan kassasiya məhkəməsinə etiraz etmək niyyətindədir.

 





05.02.2018    çap et  çap et