525.Az

Fidel Kastronun oğlu Havanada dəfn edildi


 

Fidel Kastronun oğlu Havanada dəfn edildi<b style="color:red"></b>

Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu Fidel Kastro Dias-Balart Havananın Xristofor Kolumb adına qəbirstanlığında dəfn edilib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, kiçik Kastro fevralın 1-də intihar edib. 

68 yaşlı Fidel Kastro Dias-Balart bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub. Mərhumla vidalaşma Kuba Elmlər Akademiyasında keçirilib. 

Qeyd edək ki, 68 yaşlı Fidel Kastro Dias-Balart Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşaviri və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

 





06.02.2018    çap et  çap et