525.Az

Fevralın 12-dən "Gəncəbank"ın təminatsız kreditorlarına ödənişlərə başlanacaq


 

Fevralın 12-dən "Gəncəbank"ın təminatsız kreditorlarına ödənişlərə başlanacaq<b style="color:red"></b>

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank"  ASC-nin bütün kreditorlarına müraciət edib. 

Fonndan "APA-Economics"ə verilən məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq. 

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. 

"Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər", - deyə məlumatda vurğulanıb.

 





06.02.2018    çap et  çap et